Bölgə klubunda iki YENİ ANLAŞMA

1 İyul 2023 16:10 Turan 1 023
Bölgə klubunda iki YENİ ANLAŞMA

“Turan Tovuz” daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belajdi Pusi və Piruzi Marakvelidze ilə 1 illik sözləşmə imzalanıb. Hər iki oyunçu 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Belajdi bu ilin yanvar ayından, Piruzi isə ötən ilin yayından Tovuz təmsilçisinin formasını geyinir.

Xatırladaq ki, "Turan Tovuz" bu yay indiyədək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimov ilə də müqaviləsini yeniləyib

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar