"Turan Tovuz" braziliyalı müdafiəçi ilə ANLAŞDI - SON DƏQİQƏ

1 İyul 2023 14:00 Turan 2 125
"Turan Tovuz" braziliyalı müdafiəçi ilə ANLAŞDI - SON DƏQİQƏ

"Turan Tovuz" yay fasiləsində növbəti legionerlə güclənib.

Qərb təmsilçisi Bruno Gonçalves Do Pradonu heyətinə qatıb.

Braziliyalı futbolçu mərkəz müdafiəçisidir.

Ölkəsində "Vila Nova" klubunun yetirməsi olan və "Bahia"da oynamış arxa xətt oyunçusu son illəri Portuqaliyada keçirib.

27 yaşlı legioner "Arouca" və "Leixoes"in şərəfin qoruyub.

O, karyerası ərzində meydana çıxdığı 69 matçda 4 qol, 2 asistlə yadda qalmağı bacarıb.

Bu, "Turan"nın yay fasiləsində heyətinə qatdığı üçüncü əcnəbi futbolçudur.

Bölgə klubu daha əvvəl nigeriyalı hücumçu Otto Con və bolqarıstanlı forvard Martin Petkovu sıralarına qatdığını bildirək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti