"Turan Tovuz" 2023/24 mövsümünün hazırlıqlarına başlayıb.
Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi ilk məşqinə Bakı Olimpiya Stadionunda çıxıb.
"Turan Tovuz" iyul ayının 13-də Türkiyəyə yola düşəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən "Cam" otelində məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.

