"Turan Tovuz" yay hazırlığına start verib.
Bölgə rəmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir.
Ötən mövsüm komandanın heyətində olan futbolçularla yanaşı yeni legionerlər də düşərgəyə qoşulub.
Nigeriyalı hücumçu Otto Con, eləcə də bolqarıstanlı forvard Martin Petriv artıq Bakıdadır.
Hər iki futbolçu bugünkü səhər məşqindən sonra "Sportinfo"nun obyektivinə tuş gəlib.
HƏBİB /* SPORTİNFO.AZ

