“Bura arzularımın arxasınca gəlmişəm, gələcəyi fikirləşmək lazımdır”

28 İyun 2023 21:00 Turan 1 102
“Bura arzularımın arxasınca gəlmişəm, gələcəyi fikirləşmək lazımdır”

"Sumqayıt"da keçirdiyim uğursuz mövsümdən sonra toparlanmaq mənə çətin olmayacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni qapıçısı Aydın Bayramov deyib.

Bölgə təmsilçisi 27 yaşlı qolkiperlə 1+1 illik rəsmi müqavilə imzalayıb. Son klubu "Sumqayıt" olan Bayramov karyerası ərzində MOİK və "Sabah"ın da formasını geyinib.

O bildrib ki, yeni mövsüm yeni başlanğıcdır:

“Gələcək haqqında fikirləşmək lazımdır. Yaxşı və ya pis mövsüm insanı daha da təcrübəli edir.

“Turan”a arzularımın arxasınca gəlmişəm. Ayxan Abbasov etimad göstərdi, mən də istəyirəm ki, onun etibarını doğrudum.

Yay fasiləsinin ilk transferi olaraq tovuzlu fanatlara nələr deyə bilərəm? Onların istəklərini doğrultmaq üçün əlimdən gələni etməyə çalışacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti