Görün, bu komanda Azərbaycanda kimlərlə uğur qazanıb - ŞOK MƏNZƏRƏ

28 İyun 2023 23:00 Turan 1 679
Görün, bu komanda Azərbaycanda kimlərlə uğur qazanıb - ŞOK MƏNZƏRƏ

9 ildən sonra Azərbaycan Premyer Liqasına yüksələn “Turan Tovuz” arxada qalan mövsüm çox yaxşı işlər görməyi bacardı.

1 ayın içində yığılan komanda ilk turlardan hamını təəccübləndirməyi başladı.

Baş məşqçi Ayxan Abbasovun yaratdığı mübariz kollketiv bütünlükdə stabil mövsüm keçirməsi ilə yadda qaldı.

İlk turlardan ilk “altılıq”da qərarlaşan qərb təmsilçisi sonda da altıncı pillənin sahibi oldu.

Ölkə kubokunda yarımfinal oynayan, finala vəsiqəni “Neftçi” ilə mübarizədə son 5 dəqiqədə əldən verən bölgə klubu ən xoş sözləri haqq edirdi.

Göstərilən oyun, əldə olunan nəticələrdə təbii ki, birbaşa memar baş məşqçi Abasov idi.

Amma rəhbərlik və futbolçuların da əməyin unutmaq olmaz. Futbolçulardan söz düşmüşkən, xüsusilə Nathan Oduva və Runi Eva sezonun parlayan əcnəbi adları oldu.

Onların meydanda etdikləri daha çox önə çəkildi. Digər Premyer Liqa məşqçiləri də zaman-zaman onların adını dilindən düşürmürdü.

Amma mövsümün bitməsindən 1 aydan çox vaxt keçsə də onların heç birinə yaxın duran yoxdur.

Nathan Oduva ilə danışıqlar tam dayandırılıb. İngiltərəli mətbuata açıqlamasında digər təmsilçilərimizdən təklif almamasına təəccübünü gizlətməyib.

17 qolla komandasının bombardiri olan Eva “Turan”a “gözləyin” desə də onun üçün hərəkətə keçən yoxdur. Təklif olunduğu “Zirə” və “Səbail”dən “İstəmirik” cavabın alıb.

Asiya ölkələrinə gediş də mümkün olmasa, yenə qalacaq Tovuzun ümidinə. Hələ o da gec olmasa.

Məncə, bu görüntü səbəbsiz deyil. Ağlı başında olan məşqçilər analiz edəndə görürlər ki, nə Nathan, nə də Eva yüksək nəticələr üçün yola çıxılacaq səviyyədə futbolçular deyil. Sadəcə Ayxan müəllim zəlzələdən, ya da vəlvələdən onlardan futbolçu çıxarmağı bacardı.

Əslində mənzərə bir daha əyani sübutdur ki, Ayxan Abbasovun kimlərlə uğur qazanmasını aydın görmüş olasan.

Düşünün, adamın ən yaxşı oyunçuları belə rəqiblərinə lazım deyil. Görün, ortababları, pisləri kimlərdi də...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti