Yeni mövsüm üçün transfer çalışmaların davam etdirən "Turan Tovuz"da növbəti ayrılıq yaşana bilər.
Belə ki, komandanın yarımmüdafiəçisi Cavid Tağıyevin mövsümə başqa klubda başlamaq ehtimalı yaranıb.
Söhbət "Araz Naxçıvan" klubundan gedir.
Premyer Liqanın autsayderi 30 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Tağıyev son mövsüm 12 görüşdə 210 dəqiqə meydanda olub.
“Turan”ın yetirməsi olan Cavid Tağıyev daha əvvəl “Səbail”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

