“Turan” axtardı və tapdı

24 İyun 2023 21:20 Turan 1 748
“Turan” axtardı və tapdı

Transfer çalışmalarındakı çalışmalarını sürətləndirən “Turan Tovuz” növbəti mövsümə başlamağa hazırlaşır.

Bölgə təmsilçisi iyunun 30-da bir araya gələcək.

Toplanışın ilk mərhələsi Bakıda baş tutacaq ki, Ayxan Abbasov yetirmələrini Bakı Olimpiyas Stadionunun ehtiyat meydanında hazırlayacaq.

İlk mərhələ iyulun 12-də başa çatacaq. “Turan Tovuz” həmin gün həm də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Rəqibin adı məlumdur: Premyer Liqaya yeni vəsiqə qazanan “Araz Naxçıvan”.

Qərblilər bir gün istirahət edəndən sonra iyulun 14-də Türkiyəyə yollanacaq. Ankaranın Qızılcahamam bölgəsində nəzərdə tutulan toplanış iki həftəni ehatə edəcək.

“Turan Tovuz” bu müddətdə 4 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Lakin rəqiblərin adı hələ ki, məlum deyil.

Bölgə təmsilçisi Türkiyə hazırlığını iyulun 28-də başa vurub vətənə qayıdacaq və çempionata hazırlaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti