Premyer Liqada debütü uğurlu alınan “Turan Tovuz” son günlər transfer bazarında aktivləşib.
Qərb klubu bir müddətdir danışıqlar apardığı legionerlə anlaşıb.
Otto Con yeni mövsümdən Azərbaycanda çıxış edəcək. 25 yaşlı nigeriyalı hücumçudur və
“36 Lion”un yetirməsidir. O, 2015-2020-ci illərdə “Skenderbeu”ya məxsus olub və bu müddətdə 43 oyuna çıxıb, 5 qol vurub.
Albaniya klubu afrikalının 3 il ərzində icarə əsasında “Trepca”nın formasını geyinməsinə şərait yaradıb.
Otto Kosova çempionatında qolçuluq bacarığını sərgiləyə bilib – 67 qarşılaşmada adını 43 dəfə tribunaya yazdırıb.
2020-ci ildə Kosovada “Priştina”ya keçən nigeriyalı 19 matçda tər töküb və rəqib qapıçılarını 13 dəfə məyus etməyi bacarıb.
Onun son komandası bu ölkədə “Dukagini” olub.. 2022-ci ildə bura üz tutub və 9 qol vurub (30 oyun).
Bölgə klubu ondan öncə bolqarıstanlı forvard Martin Petkovu sıralarına qatıb.
“Levski”nin yetirməsinin sonuncu klubu Sofiyanın digər təmsilçisi “Septemvri” olub.
20 yaşlı hücumçu qısa müddət Ukraynada - “Çernomorets”də legioner həyatı yaşayıb.
Ölkəsinin bütün aşağı yaş milliliərində çıxış etmiş Martin hazırda gənclər yığmasının üzvüdür.
“Turan” azad agent kimi heyətinə cəlb elədiyi hücumçu ilə 2 illik anlaşma imzalayıb.
SPORTİNFO.AZ

