Premyer Liqa klubundan bir gündə 4 "imza şöləni"

18 İyun 2023 14:25 Turan 1 347
Premyer Liqa klubundan bir gündə 4 "imza şöləni"

“Turan Tovuz” 4 futbolçu ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi futbolçuları Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqaviləni daha 1 il müddətinə artırıb.

Onlar, 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.

"Turan Tovuz" buna qədər Eltun Turabov, Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev və Ehtiram Şahverdiyevlə də sözləşməni yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti