"Turan Tovuz" martda 3 aylıq müqavilə imzaladığı Roderik Milleri düşərgəsində saxlayıb.
Qərb təmsilçisi panamalı müdafiəçi ilə anlaşmanın müddətini 2 il uzadıb,
“San Fransisko”nun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”,Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.
30 yaşlı mərkəz müdafiəçi Panamanın əsas millisində 31 oyun keçirib və 2 qol vurub.
O, Azərbaycana “Al Mina”dan azad agent statusu ilə gəlib. Maliyyə problemləri ilə üzləşən İraq təmsilçisi yanvarda bütün legionerlərini sərbəst buraxıb.
SPORTİNFO.AZ

