Azərbaycan klubunda növbəti müqavilə - BİRİLLİK

16 İyun 2023 00:40 Turan 646
Azərbaycan klubunda növbəti müqavilə - BİRİLLİK

"Turan Tovuz" daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Eltun Turabov 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

26 yaşlı yarımmüdafiəçi ötən ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O, qərb bölgəsi təmsilçisinin heyətində 26 rəsmi matçda meydana çıxıb.

"Turan Tovuz" buna qədər Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev və Ehtiram Şahverdiyevlə də sözləşməni yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti