Azərbaycana qışda ayaq basdı, yayda müqaviləyə imza atdı

18 İyun 2023 17:45 Turan 2 192
Azərbaycana qışda ayaq basdı, yayda müqaviləyə imza atdı

Demək olar bütün yerli oyunçularla anlaşma əldə edən “Turan”da diqqətlər əcnəbi futbolçulara yönəlib.

Bölgə klubu ötən mövsüm komandada olan Roderik Miller, Denis Marandiçidən və Pruzi Merakvalidzedən sonra daha bir gəlmə ilə razılıq əldə edib.

Söhbət albaniyalı Belajdi Pusidən gedir.

25 yaşlı hücumçunun başa çatan müqaviləsi 1 il uzadılıb.

Ön xətt oyunçusu bu ilin qışından qərb təmsilçisində çıxış edir.

O, başa çatan mövsümdə 20 oyunda meydana çıxıb və 5 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti