Premyer Liqa klubu daha bir yerli futbolçu ilə müqaviləni yenilədi

15 İyun 2023 23:20 Turan 815
Premyer Liqa klubu daha bir yerli futbolçu ilə müqaviləni yenilədi

"Turan Tovuz" daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ehtiram Şahverdiyev daha bir mövsüm Tovuz təmsilçisində çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçi ötən ilin yayından komandada çıxış edir.

"Turan Tovuz" buna qədər Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev və Tərlan Quliyevlə sözləşməni yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti