"Turan" ilk legioner transferini bitirdi - SON DƏQİQƏ

15 İyun 2023 16:40 Turan 4 077
"Turan" ilk legioner transferini bitirdi - SON DƏQİQƏ

“Turan Tovuz” yay fasiləsinin ilk legioner transferini bitirib.

Bölgə klubu bolqarıstanlı forvard Martin Petkovla anlaşıb.

“Levski” yetirməsinin sonuncu klubu Sofiyanın digər təmsilçisi “Septemvri” olub.

20 yaşlı hücumçu qısa müddət Ukrayna “Çernomorets” klubunda legioner həyatı yaşayıb.

Ölkəsinin bütün aşağı yaş milliliərdinə çıxış edən Martin hazırda gənclər yığmasında çıxış edir.

Azad agent kimi heyətə cəlb edilən hücumçu ilə iki illik anlaşma imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti