Tanış forvard "Zirə"yə təklif olundu

14 İyun 2023 22:20 Turan 2 253
Tanış forvard "Zirə"yə təklif olundu

"Turan Tovuz"un forvardı Runi Eva hələ də qərarın verməyib.

Menecerlər kamerunlu hücumçuya daha yaxşı şərtlərlə yeni komanda tapmaq üçün əldə-ayaqdadır.

Amma hələki bu istək gerçəkləşmir.

26 yaşlı legioner son olaraq "Zirə"yə təklif olunub.

Ancaq Rəşad Sadıqov bu təklifə isti yanaşmayıb.

Ötən yay qərb təmsilçisinə transfer olunan afrikalı mövsümün kəşflərindən hesab olunur.

Belə ki, hücumçu meydana çıxdığı 37 görüşdə 17 qol, 6 asistlə yadda qaldı.

Bu, onun karyerasındakı ən parlaq mövsümü kimi tarixə düşüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti