"Turan Tovuz" daha bir futbolçu ilə razılığa gəlib.
Söhbət "Neftçi"yə məxsus olan, ötən mövsümü icarə əsasında bu klubda keçirən Turan Vəlizadədən gedir.
Əslində yarımmüdafiəçi özü bölgə klubunda qalmağa etirazı etmirdi.
Amma onun "ağ qaralar"la gələn yaya qədər müqaviləsinin olması danışıqların klublar arasında getməsini labüd edirdi.
Qərb təmsilçisinin Bakı klubu ilə danışıqları da müsbət yekunlaşıb.
Turan qarşıdakı sezonu da Tovuz təmsilçisindən keçirəcək.
22 yaşlı orta xətt oyunçusu arxada qalan mövsüm 30 oyunda 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

