“Nə qədər vaxt keçib, mən gedirəm, o da arxamca gəlir” – Çempionatın ən yaşlıları haqda

9 İyun 2023 16:40 Turan 813
“Nə qədər vaxt keçib, mən gedirəm, o da arxamca gəlir” – Çempionatın ən yaşlıları haqda

“Anarla eyni komandada oynamışıq, həm də yaxın dostuq”.

“Turan Tovuz”un qapıçısı Kamal Bayramov Sportinfo.az-a açıqlamasında “Zirə”də komanda yoldaşı olmuş Anar Nəzirovla münasibəti haqda danışıb.

Sözügedən qapıçıların hər ikisi çempionatın ən yaşlı futbolçularıdır. Kamal 1985-ci ilin avqustundan anadan olub, Anar isə həmin ilin sentyabrında dünyaya gəlib.

Maraqlıdır, Bayramov karyerasını tez bitirəcək, yoxsa Nıəzirov? Dostunun arxasınca gəlməsi onu narahat etmir ki?

“Turan Tovuz”un qolkiperi suala maraqlı cavab verib:

“Anarın gücü, motivasiyası yerindədir. Maşallah, lazımi səviyyədə çıxış edir. İkimiz də komandamız üçün əlimizdən gələnin ən yaxşısını edirik.

Kimin nə qədər oynayacağı Allahın işidir. Açığı, Nəzirovun karyerasını bitirməsini istəmirəm.

Çalışacam ki, Anar məndən tez qurtarsın (gülür). 5-6 il əvvəl ona demişdim ki, 2-3 ildən sonra karyeramı başa vuracam.

Demişdi, mən də sənin kimi düşünürəm. Üstündən nə qədər vaxt keçib, mən gedirəm, o da arxamca gəlir. Bitirmək fikri yoxdur”.

Kamal Bayramovla Anar Nəzirov 2015-2018-ci illər aralığında “Zirə”də çiyin-çiyinə çıxış ediblər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti