Klubun rəhbər fiquru iki deputatın bir xahişini yerə sala bilmədi - O, QALDI

3 İyun 2023 14:40 Turan 883
Klubun rəhbər fiquru iki deputatın bir xahişini yerə sala bilmədi - O, QALDI

«Kəpəz» rəhbərliyi Tərlan Əhmədova görə onlara edilən xahişi yerə salmayıb.

Keçən ilin payızında baş məşqçi postunda Yaşar Vahabzadəni əvəzləmiş mütəxəssis növbəti mövsümü də Gəncədə keçirəcək.

Gələn həftə onunla birillik yeni müqavilə imzalanacaq.

Yaxınlarda Milli Məclisin 2 deputatı onunla bağlı şəhərin İcra Hakimiyyəti, həmçinin klubun başda gedən isimləri ilə əlaqə saxlayıblar.

Onlardan xahiş olunub ki, yol verdiyi bütün səhvləri Əhmədova keçsinlər və kontraktı uzatsınlar. Aiddiyatlı şəxslər hörməli millət vəkillərinin sözünü yerə sala bilməyib.

Bu isə İlqar Nadirinin bütün planlarının pozulması deməkdir. Çünki İdarə Heyətinin sədri ayrılıq xəbərini açıqlamağa hazırlaşırdı.

Onun namizədi də bəlli idi - Mahmud Qurbanov. Ötən ilin dekabrında «Səbail»dən getmiş çalışdırıcı ilə bir neçə görüş keçirilmiş və razılıq əldə olunmuşdu.

Deputatların müraciəti Nadirni məcbur edib ki, Qurbanovla əlaqəli niyyətini gerçəkləşdirməyi bir müddət sonrayadək ertələsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"