Bu ölkənin yığmasının müdafiəçisi iki il Azərbaycan klubunda

3 İyun 2023 12:40 Turan 2 237
Bu ölkənin yığmasının müdafiəçisi iki il Azərbaycan klubunda

"Turan Tovuz" panamalı müdafiəçi Roderik Millerlə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında iki illik müqavilə imzalanıb.

Panama mətbuatının iddiasına görə, bu barədə məlumatı millinin toplanışında olan futbolçunun özü məlumat verib:

"Miller özü “Turan Tovuz”da qalmağa razılıq verib. İki illik müqavilə imzalanıb".

Nüdafiəçi mövsümün ikinci yarısında "Turan Tovuz"a keçib.

“San Fransisko”nun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”,Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı mərkəz müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub. O, “Al Mina”dan azad agent statusu ilə gəlib.

Maliyyə problemləri ilə üzləşən İraq təmsilçisi yanvarda bütün legionerlərini sərbəst buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?