
Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz"da ayrılıqlar gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi iki futbolçu ilə yollarını ayırıb.
Bunlar cinah müdafiəçisi Ben Aziz Dao və yarımmüdafiəçi Henri Okebuqvudur. Hər iki oyunçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
"Turan Tovuz" bu futbolçuları mövsümün əvvəlində heyətinə qatmışdı. Ben Aziz Dao komandanın heyətində 9 Premyer Liqa matçında meydana çıxıb.
Henri Okebuqvu isə "Turan Tovuz" forması ilə keçirdiyi 18 oyunda 1 qol vurub.