
"Turan Tovuz"u tərk edəcək növbəti futbolçunun kimliyinə aydınlıq gəlib.
Bu, ingiltərəli forvard Nathan Oduvadır.
Yaxşı mövsüm keçirən legionerlə danışıqlar müsbət sonluğa çatmayıb.
27 yaşlı hücumçu gözləniləndən yüksək əməkhaqqı istəyincə danışıqlar dayandırılıb.
Ötən yaydan bölgə klubunun şərəfinin qoruyan Oduva arxada qalan mövsüm 32 oyunda meydana çıxıb və 6 qol, 6 asistlə yadda qalmağı bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ