"İnkişaf etmək, böyümək üçün daha çox çalışmalıyıq" - Kapitanı narahat edən

28 May 2023 19:00 Turan 595
"İnkişaf etmək, böyümək üçün daha çox çalışmalıyıq" - Kapitanı narahat edən

Son 3 oyunda qələbələri sıralayan “Turan Tovuz” hesabat turunu 1 xalla başa vurdu.

Halbuki, qərb təmsilçisi “Səbail”lə qarşılaşmada hesabı açmış, sonradan fərqi 2 topa çatdırmışdı.

Matçın sonlarına yaxın nə baş verdisə, meydan sahibləri üstünlüyü qonaqlara verərək meydanı 2:2-lik bərabərliklə tərk etdi.

“Turan Tovuz”un kapitanı Kamal Bayramov Sportinfo.az-a açıqlamasında məlum oyunla bağlı danışıb:

“Elitada qalmaq tapşırığının öhdəsindən gəlməyimizə baxmayaraq, oyuna ciddi hazırlaşmışdıq. Mövsümün sonuncu ev oyununda avarkeşlərimizə növbəti qələbəni bəxş etmək istəyirdik.

Hesabı açmışdıq, ikinci topu da vurmuşduq. Sona yaxın diqqətsizliyə yol verdik və rəqib də boşluqlardan yararlanıb istədiyi qolları vurdu.

Futbol 70-80 dəqiqə yox, 90 dəqiqə oynanılır. Bunun üçün də hakimin final fitinə qədər mübarizə aparmaq lazımdır.

Son 4 oyundur məğlub olmuruq. Bunun özü də uzun fasilədən sonra Premyer Liqaya qayıdan komanda üçün xoş haldır.

İnkişaf etmək, böyümək üçün daha çox çalışmalıyıq. Və buraxdığımız hər səhvdən nəticə çıxarmalıyıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti