
Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn “Turan Tovuz“ yeni mövsümün transfer çalışmalarını sürətləndirib.
Debütant hələlik öncəliyi hazırkı kontingenti qorumağa verib.
Ötən yay düşərgəyə cəlb olunan Ayxan Quseynov gələn “futbol ili“ni də qərb rayonunda keçirəcək. 23 yaşlı forvardın müqavilə müddəti 1 illik uzadılıb.
“Leninqradets”, “Nijniy Novqorod”, “Dolqoprudnıy”, “Ximki”də oynamış hücumçu Azərbaycan çempionatında legioner statusu ilə oynayır.
Tovuz klubu ondan öncə Şəhriyar Əliyev, Denis Marandiçi, Kamal Bayramov və Tərlan Əhmədli ilə anlaşmanı birillik yeniləyib.
SPORTİNFO.AZ