Yeni sponsor sosial şəbəkədə paylaşım etdi, kömək istədi

24 May 2023 20:00 Turan 898
Yeni sponsor sosial şəbəkədə paylaşım etdi, kömək istədi

“Huner Group”un “Turan Tovuz”un baş sponsoruna çevrilməsindən sonra klub və komandadakı canlanma göz önündədir.

Bölgə təmsilçisinin kubokun finalının bir addımlığından qayıtması, çempionatda məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməsi, stadionda yeni tablonun quraşdırılması, projektorların gətirilməsi – bütün bunlar sponsorun gəlişindən sonra yaşanmaqdadır.

Şirkətin təsisçisi Ehtiram Quliyev bu yükü tək daşımamaq üçün iş adamlarına çağırış edib.

Ehtiram bəy social media hesabında maraqlı paylaşım edib:

“Dəyərli iş adamları və “Turan”daşlar!

Məlumunuzdur ki, bu ilin fevral ayında biz “Huner Group” olaraq ölkə idmanı və xüsusilə region futbolunun inkişafı üçün “Turan Tovuz” PFK ilə baş sponsorluq müqaviləsi imzaladıq. Əsas məqsədimiz ölkənin ilk müstəqil futbol klubunun inkişafında öz dəstəyimizi göstərmək idi. Bu, uzun müddətdən sonra Premyer Liqaya vəsiqə qazanmış klub üçün çox önəmli idi.

2022/2023 futbol mövsümü başa çatmaq üzrədir. Artıq “Turan Tovuz” PFK-nın Premyer Liqada qalması dəqiqləşib. Önümüzdəki mövsüm daha güclü klub görmək istəyiriksə, bu işdə bir olmalıyıq.

Əziz dostlar, sizi “Turan”ımıza dəstək olmağa çağırıram!

Klubun inkişafı üçün “Turan” bir neçə sponsorluq təklifi hazırlayıb.

Stadionun adı, akademiyanın adı, futbol formasında yazı və s. kimi müxtəlif sponsorluq anlaşmalarından birinə qoşulmaqla siz həm “Turan Tovuz” PFK-nin inkişafına dəstək vermiş olacaqsınız, həm də yeni, böyük miqyaslı platformada reklam olunmaq şansı əldə edəcəksiniz.

Vaxtilə avrokuboklarda oynamış klubumuzun şöhrətini geri qaytarmaq üçün bir olaq, birlikdə “Turan”ımızın bayrağını yüksəklərə qaldıraq.

Sonda isə adı heç bir yerdə, heç bir reklamda keçməməsinə baxmayaraq könüllü, qəlbi daim Turanla döyünən, bir mövsüm boyu klubu təmənnasız içməli su ilə təmin edən MOR-MOR suya dərin təşəkkürümü bildirirəm!”

“Huner Group”la “Turan Tovuz” arasındakı sponsorluq müqaviləsi bu ilin fevralın 11-də imzalanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı