
Premyer Liqanın 35-ci turunun "Səbail"lə matçında (2:2) zədələnən "Turan Tovuz"un futbolçusu Divinie Naahın durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin körpücük sümüyü ətrafında bağ zədələnib.
27 yaşlı futbolçu mövsümün son turunun "Qarabağ"la oyununda iştirak etməyəcək. Afrikalı oyunçu yeni mövsüm öncəsi təşkil olunacaq təlim-məşq toplanışına kimi sağalacaq.
"Mançester Siti"nin yetirməsi bu ilin aprel ayında "Turan Tovuz"a keçib. O, qərb bölgəsi təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.