Azərbaycan klubunun iki lideri ilə danışıqlar nə yerdədir?

24 May 2023 17:00 Turan 1 164
Azərbaycan klubunun iki lideri ilə danışıqlar nə yerdədir?

9 ildən sonra Premyer Liqaya qayıdan "Turan Tovuz" əla mövsüm keçirməsi ilə yadda qaldı.

Ölkə kubokunda yarımfinal mərhələsində mübarizəni dayandıran bölgə klubunun Premyer Liqanı 6-cı sırada bitirəcəyi dəqiqdir.

Bunda xüsusi zəhməti olan adlar arasında iki nəfəri - Nathan Oduva və Runi Evanı da qeyd etməmək mümkün deyil.

İngiltərəli futbolçu meydana çıxdığı 31 görüşdə 6 qol və 6 asistlə yadda qalıb.

Komandanın "vuran ayağı" Runi Evanın adında isə 16 qol və 4 asist var.

Növbəti mövsüm daha iddialı olmağı qarşısına hədəf qoyan bölgə klubunun baş məşqçisi Ayxan Abbasov hər iki legionerin də xidmətində maraqlıdır.

Amma bu, heç də asan olacaq işə oxşamır.

Artıq həftələrdi sürən danışıqlar müsbət sonluğa çatmayıb.

Təbii ki, əsas maneə yüksək maaş tələbidir.

Yaxşı təklifləri olan hər iki futbolçu da heç bir halda ucuz qiymətə Tovuzda qalmağa maraqlı deyil.

Burda təkcə maaş yox, həm də "Turan"nın bölgə klubu olması problem yaradır.

Əylənməyə meyilli afrikalı legionerlər indiki durumlam barışmaq istəmirlər. Bu mənada Oduva xüsusi fəallıq göstərir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti