Premyer Liqanın 35-ci turunda “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edir.
İş günü olmasına baxmayaraq, stadionun mərkəzi sektorlarında boş yer tapmaq mümkün deyil.
Tovuzlu azarkeşlər son matçlarda qələbələri sıralayan sevimli komandalarına gözlənilən dəstəyi verir.
Klubun titul sponsoru “Huner Group”un təsisçisi Ehtiram Quliyev də oyunu canlı izləyənlər arasındadır. Bölgə təmsilçisinin “Neftçi” və “Qəbələ” ilə çempionat matçlarında gözə dəyməyən iş adamı məhz iş günündə Tovuza təşrif buyurub.
Quliyev qarşılaşmanı “Turan Tovuz”un prezidenti Oqtay Abdullayevlə eyni otaqdan izləyir.
Şəhriyar Əliyevin hesabı açdığı epizodda da sponsor adam qolun sevincini ilk olaraq prezidentlə bölüşüb.
HƏBİB / SPORTİNFO.AZ
Həmin anın görüntülərini təqdim edirik: