"Turan Tovuz" Premyer Liqada ardıcıl dördüncü matçında da məğlub olmadı.
"Neftçi" (4:0), "Zirə" (3:1) və "Qəbələ" (2:1) üzərində parlaq qələbələrdən sonra doğma divarlar arasında "Səbail"lə matç bərabərliklə başa çatdı - 2:2.
Halbuki 2:0 önə keçən Ayxan Abbasovun yetirmələri sonda 2 qol buraxaraq bir xala razılaşmalı oldu.
Qarşılaşmanın qərb təmsilçisi üçün heç bir əhəmiyyəti qalmamışdı.
Premyer Liqada qalmaq vəzifəsini həftələr əvvəl yerinə yetirən komanda 6-cı pillədə lövbər salıb. Nəinki "Səbail", hətta son turdakı görüşdə belə məğlubiyyət belə onları ilk "altılıq"dan uzaq salası deyildi.
Məncə, bu məqamda sonra 3 xalı qazanmağa ciddi mane oldu. Əks halda 2 topluq üstünlüyü Abbasovun komandası dünyasında əlindən verməzdi.
Ümumiyyətlə, əgər qışdan sonra ölkə kubokunda mübarizə məcburiyyəti olmasaydı, indiki "Turan" avrokuboklara gedə bilərdi.
Təsəvvür edin bu gün də 3 xal əldə olunsaydı balansdakı xal ehtiyatı 41-ə yüksələcəkdi. 4-cü pillədən cəmi 8 xallıq fərq.
Qışdan sonra bütün gücünü yarımfinal üçün cəmləyən və ardıcıl xallar itirən Tovuz təmsilçisi yalnız son 4 turda Premyer Liqaya qayıdınca xal ehtiyatını 10 xal artıra bildi.
Belədə 8 xal ciddi fərq görünə bilməz. Təbii ki, iki cəbhədə döyüşmək məcburiyyəti olmasaydı.
Belə oldu deyə üzülmək isə əsla olmaz. Deməli, ümid böyükdür. Toparlanıb heyəti bir qədər gücləndirməklə növbəti mövsüm yarım qalan arzuları gerçəkləşdirmək olar. Amma güclənmək mütləq şərtdir.
XANOĞLAN İMANOV