Azərbaycan klubunda bu işin hikməti nədir? - Baş məşqçi özü açıqladı

21 May 2023 23:20 Turan 627
Azərbaycan klubunda bu işin hikməti nədir? - Baş məşqçi özü açıqladı

Ölkə kubokunun yarımfinal mərhələsində son 5 dəqiqə qalmış "Neftçi"dən buraxılan iki qolla finaldan məhrum olan "Turan"da psixoloji gərginlik yaşanacağı ehtimal olunsa da, hadisələr tam tərsinə cərəyan etməyə başladı.

Belə ki, Ayxan Abbasovun yetirmələri şok məğlubiyyətin ardınca qələbələri sıralamaqla məşğuldur. A

rdıcıl olaraq "Zirə" (3:1), "Neftçi" (4:0) və "Turan" (2:1) üzərində qələbələr qazanan kollektiv xal ehtiyatını bir xeyli zənginləşdirmiş oldu.

Bunda xüsusi ilə standart vəziyyətlərdən vurulan qollar önəmli rol oynadı. Təsəvvür edin ki, komanda son 3 oyunda 9 qol vurub və onlardan 7-sini duran toplardan vurub.

Haqqlı olaraq futbol ictimaiyyətini eyni sual düşündürür - Görəsən, bunun sirri nədədir?

Suala cavab olaraq komandanın baş məşqçisi Ayxan Abbbasov Sportinfo.az-a bunları dedi:

"Standart vəziyyətlərdən qışdan öncədə qollar vurmuşuq. Məsələn, "Sumqayıt"la evdəki oyunda Ayxan Quseynovun ötürməsini Şəhriyar Əliyev qolla tamamlamışdı.

Qışdan sonra bunun daha yaxşı alınmasının səbəblərindən biri Denis Marandiçin yaxşı ötürmələr etmək bacarığının olmasıdır. Əsas səbəblərdən biri bu iki oyunçunun yaxşı asistlər etməsidir.

Əlbəttə, başla oynamağı bacaran futbolçularımızı da deməliyik. Həm Şəhriyar, həm də Runi belə üstünlüyə sahibdir.

Digər tərəfdən, Millerin gəlişindən sonra daha da kəsərli olmağa başladıq. Son oyunda Sadiq Quliyev və Xulu Siyandanın fərqlənməsi bizi sevindirdi.

Tərlan Quliyev "Şamaxı" ilə matçda qələbə qolunu vurmuşdu. Stoperlərimiz demək olar hamısı bu mövsüm fərqlənib. Çox önəmli məqamdır.

Təbii ki, rəqibin düzgün analiz edilməsi, boşluqların tapılması və futbolçuların bunu diqqətlə dinləyib əməl etməsi bizi yalnız sevindirir".

Maraqlıdır, belə özəlliyi olan stoperlər təsadüfən "Turan"da cəm olub, yoxsa seleksiya bu istiqamətdə qurulur? Ayxan müəllimi dinləyək:

"Transfer zamanı heyətə qatdığımız stoperlərdə belə özəllik olmasını istəyirik. Çünki bu üstünlükdür. Mövsüm ərzində neçə qol vurmaların nəzərdən keçiririk. Bunun hər dəfə alınıb-alınmamağı da önəmlidir".

XANOĞLAN

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu