
“Bu komanda həqiqətən son turlar yaxşı oyun nümayiş etdirir”.
Futbol eksperti Emin Abbasov “Turan Tovuz”un Premyer Liqanın son 3 turunda qazandığı qələbədən danışıb.
Debütant “Zirə” və “Qəbələ”yə səfərdə, “Neftçi”yə evdə qalib gəlib, bununla da, elitada yerini təmin edib.
“Qarabağ”ın sabiq idarəçisi bildirib ki, qərb təmsilçisi oyun və heyət planında müəyyən yenilik etməklə, uğurlu dönəmə qədəm qoyub.
“Turan”ın standart vəziyyətlərdən bir neçə qol vurmasına diqqət yönəldən ekspert həmçinin qeyd edib ki, baş məşqçi Ayxan Abbasov orta sahədə Veysəl-Xəyal-Puruzi triosuna üstünlük verməklə, məqsədinə çatıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: