Pul verib piksel alan şəxslərin fotoları niyə klubun avtobusunun üzərinə vurilmur?

17 May 2023 20:40 Turan 695
Pul verib piksel alan şəxslərin fotoları niyə klubun avtobusunun üzərinə vurilmur?

Mövsümün əvvəlində “Turan Tovuz”a avtobus alınması yönündə aksiya başladılmışdı.

Futbolun İnkişaf Fondunun tərtib etdiyi “100k” layihəsi çərçivəsində insanlar kluba nəqliyyat vasitəsinin alınması üçün şəxsi vəsaitindən ianə etməliydi ki, vəsait toplandıqdan sonra avtobus alınacaq və yardım edən şəxslərin şəkilləri onun üzərinə yapışdırılacaqdı.

Artıq xeyli vaxtdır avtobus alınaraq bölgə təmsilçisinin ixtiyarına verilib. Lakin “100k” layihəsi çərçivəsində piksel alanların fotoları hələ də nəqliyyat vasitəsinin üzərində görünmür.

Gecikmənin kimdən və ya nədən qaynaqlandığını öyrənmək üçün Futbolun İnkişaf Fondunun kommunikasiya meneceri Mehriban Mürsəlova ilə əlaqə saxladıq:

“Dediyiniz məsələ texniki işlərlə bağlı yubanır. Az qalıb. Ən qısa müddətdə şəkillər avtobusun üzərinə vurulacaq”.

Maraq üçün bildirək ki, “Turan Tovuz” üçün 200 min manata alınan avtobusun xərcinin tam yarısını klubun baş sponsoru “Huner Group” qarşılayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!