
Yeni mövsüm üçün heyətin komplektləşməsinə indidən start verən "Turan Tovuz"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Belə ki, baş məşqçi Ayxan Abbasov müqaviləsi yayda bitən Sadiq Quliyevlə yeni anlaşma imzalanmasını istəyib.
Təcrübəli arxa xətt oyunçusu baş məşqçinin istəyinə müsbət cavab verib.
Tərəflər arasında demək olar bütün detallarda razılıq əldə olunub.
28 yaşlı futbolçunun yeni müqaviləsi ötənilki kimi 1 illik nəzərdə tutulub.
Amma maaşında artım mütləq olacaq.
Sadiq Quliyev bu mövsüm 24 oyunda "Turan"nın formasın geyinib və 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ