
Yeni mövsüm "Turan Tovuz"la yolları davam etdirəcək daha bir futbolçunun kimliyi məlum olub.
Bu, komandanın təcrübəli qapıçısı Kamal Bayramovdur.
38 yaşlı qolkiperlə yayda bitəcək müqavilə daha bir il uzadılacaq.
Artıq rəhbərliyin yeni təklifinə kapitan "hə" cavabı verib.
Qalır müqaviləni rəsmiləşdirmək.
Kamal Bayramov bu mövsüm ikisi ölkə kuboku olmaqla 9 matçda çərçivəni qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ