
“Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportinfo.az-a müsahibə verib.
- “Qəbələ”ni nəyin hesabına üstələdiz?
- Əzmkarlığın.
- Rəqibin azlıqda qalmasının rolu olmadı?
- “Qəbələ” 11 nəfərlə də oynasaydı, fikrimcə, bizdəki mübarizə əzmi daha yüksək idi. Özünüz də gördüz ki, rəqiblə müqayisədə biz daha çox qol vəziyyəti yaratdıq. Yenə deyirəm, əzmkarlıq həlledici oldu.
- Ölkə kubokunda “Neftçi”yə məğlubiyyətdən sonra komanda sanki “yuxudan ayıldı”. Son 3 oyunda ilk “4-lük”də yer alan rəqiblərin qapısından 9 top keçirmisiz. Kubokdakı yenilginin acığını çıxırsız?
- Sırf “Neftçi”yə məğlubiyyətə görə belə olduğunu düşünmürəm. Sadəcə, kubok mübarizəsini dayandırandan sonra bütün diqqətimizi çempionata ayırmışıq. Məqsədimiz çempionatı 6-cı pillədə başa vurmaq idi. Şükürlər olsun ki, yerimizi qoruya bildik.
- “Turan Tovuz” yüksəlişdədir. İndiki ab-hava “Neftçi”ylə kubok görüşündən əvvəl olsaydı, finala yüksələ bilərdiz?
- Finala həmin vaxtkı ab-hava ilə də çıxmaq olardı. Sona qədər mübarizə apardıq, ilk oyundakı qələbə hesabı qoruduq, sona saniyələrdə 2 top buraxdıq. “Neftçi”yə son 5 dəqiqədə uduzduq.
HƏBİB