Premyer Liqanın sürpriz bombardiri qalır, yoxsa gedir? - AÇIQLADI

15 May 2023 20:00 Turan 1 372
Premyer Liqanın sürpriz bombardiri qalır, yoxsa gedir? - AÇIQLADI

“Turan Tovuz”un cari mövsümdə xoş təsir bağışlamasında seleksiya işinin düzgün aparılmasının rolu böyükdür.

Bölgə təmsilçisi zəngin büdcəyə sahib olmasa da, heyətə cəlb olunan yerli və əcnəbi futbolçular komandaya lazım olan faydanı verir.

Elə buna görə də tovuzlular ikinci “5-liy”in lideridir, ölkə kubokunda yarımfinala qədər irəlilədi.

Komandanın sevilən əcnəbilərinin başında dayanan isə, heç şübhəsiz, Runi Evadır. 26 yaşlı hücumçu cari mövsümdə Premyer Liqada və ölkə kubokunda 34 oyunun iştirakçısı olmaqla 16 qol vurub, 4 məhsuldar ötürmə verib.

İndi sual doğuran əsas məqam kamerunlu forvardın yayda başa çatan müqaviləsini yeniləyib-yeniləməyəcəyidir. Çempionatımızın ən məhsuldar futbolçularından birinə digər klublardan da təkliflərin olduğu deyilir.

Runi Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı danışıb:

“Bu dəqiqə çempionata köklənmişəm. Əsas məqsədim mövsümü zədəsiz və uğurlu başa vurmaqdır.

“Turan Tovuz”un yaxşı nəticələr qazanması üçün əlimdən gələni edirəm.Mövsüm başa çatandan sonra yeni müqavilə haqda söhbətimiz olacaq.

Tovuzu və tovuzlu insanları bəyənirəm, “Turan Tovuz”da olmaqdan məmnunam. Karyeramı burada davam etdirmək istəyirəm.

Lakin ilk növbədə müqavilə şərtlərində dil tapmalıyıq. Danışığımız hər iki tərəfi qane etsə, növbəti mövsümdə də “Turan Tovuz”da olacam”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti