Bölgə klubunda problemlər - Bir, iki, üç...

17 May 2023 19:40 Turan 596
Bölgə klubunda problemlər - Bir, iki, üç...

Premyer Liqada qalmaq vəzifəsini həftələr əvvəl yerinə yetirən "Turan Tovuz"da yeni mövsümün planları cızılır.

Baş məşqçi Ayxan Abbasov yeni transferlərdən öncə hazırkı heyəti qoruyub saxlamaq barədə düşünür.

Amma bu, təcrübəli məşqçi üçün heç də asan olmayacaq.

Problem isə bir yox, bir neçədir.

Yaxşı mövsüm keçirən futbolçuların maaşlarını artırmaq lazımdır. Həm də kifayət qədər yaxşı məbləğ. Çünki yayda əksəriyyəti ilə çox ucuz müqavilələr imzalanıb. Yaxşı dəvətlər isə qapıdadır.

İkinci məsələ Tovuzun Bakıdan çox uzaqda yerləşməsidir. Davamlı adıçəkilən rayonda qalan futbolçular üçün boş vaxtı əyləncəli keçirmək imkanları demək olar yoxdur. Çıxış yolu mütləq tapılmalıdır. Məsələn, daha çox Bakıda qalmaq kimi.

Hər şey bununla da bitmir. Daha bir narahatlıq isə fanatlarla bağlıdır. Onlar bir neçə həftə əvvəl tribunaların rəqib oyunçuları alqışlaması fonunda onları fitə basmasını hələ də unutmayıblar. Tərəddüdün səbəbi də odur ki, indi hər şey yolunda gedir, ardıcıl qələbələr var. Amma sabah yenə bir neçə matç uğursuz nəticələr olanda onlar təhqir oluna bilərlər. Hər halda təcrübədə yaşanmış haldır.

İş qalır rəhbərlik və baş məşqçinin üzərinə. Ki, sadalanan problemlərlə bağlı ümidli gələcəyə onları inandıra bilsinlər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda