Premyer Liqada ilk dəfə qol vurdu, cəzalı duruma düşdü

14 May 2023 01:50 Turan 936
Premyer Liqada ilk dəfə qol vurdu, cəzalı duruma düşdü

“Turan Tovuz”un müdafiəçisi Sadiq Quliyev cəzalı duruma düşüb.

Sportinfo.az xəbər verir ki, Quliyev Misli Premyer Liqasının 34-cü turunda səfərdə “Qəbələ”yə qarşı keçirilən görüşdə mövsüm ərzində dördüncü dəfə sarı vərəqə ilə cəzalanıb.

28 yaşlı müdafiəçi daha əvvəl 11-ci turda “Qarabağ”, 14-cü turda “Kəpəz” və 16-cı turda “Zirə” ilə görüşlərdə də sarı vərəqə alıb.

Bu səbəbdən də o, növbəti turda “Səbail”ə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.

“Qəbələ” ilə oyunda Sadiq Quliyev 54-cü dəqiqədə hesabı açmaqla komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti