“Turan Tovuz”da sevindirici xəbər – YENƏ ÜZLƏR GÜLÜR

13 May 2023 16:00 Turan 4 539
“Turan Tovuz”da sevindirici xəbər – YENƏ ÜZLƏR GÜLÜR

“Neftçi”ni 4:0 hesabı ilə darmadağın edərək elitada qalmaq tapşırığının öhdəsindən gələn “Turan Tovuz”da üzlər gülür.

İndi növbədə “Qəbələ”dir. Qərb təmsilçisi mayın 13-də səfərdə “qırmızı-qaralar”ın qonağı olacaq.

Bir həftə əvvəl “Neftçi”ylə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Roderik Millerdən xəbər var.

Panamalı müdafiəçi həftənin ilk günlərində müalicə olunsa da, matça 2 gün qalmış məşqlərə start verib. Bu isə o deməkdir ki, baş məşqçi Ayxan Abbasovun qərarından asılı olaraq Miller əsas heyətdə yer ala bilər.

Tovuzluların heyətində zədəli və cəzalı futbolçuların olmaması məşqçilər heyətini sevindirir. “Turan Tovuz” meydana ideal “11-lik”lə çıxa biləcək.

Mayın 13-də baş tutacaq “Qəbələ” – “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti