Azərbaycanda sponsor məğlub komandaya 50 min manat mükafat verdi

12 May 2023 21:20 Turan 1 371
Azərbaycanda sponsor məğlub komandaya 50 min manat mükafat verdi

“Turan Tovuz” ölkə kubokunun finalına vəsiqə qazanmasa da, klubun baş sponsoru məşqçi və futbolçu heyətini sevindirib.

“Huner Group”un təsisçisi Ehtiram Quliyev oyundan dərhal sonra paltardəyişmə otağına baş çəkib.

O, “Neftçi” kimi güclü rəqiblə qarşılaşmada göstərdikləri mübarizliyə görə futbolçuları təbrik edib, onlara mükafat təyin edib.

Mükafatın məbləği ümumi komanda üçün 50 min manat olub.

Aldığımız məlumata görə, “Turan Tovuz” finala yüksəlsəydi, “Huner Group”un əsas adamı 450 min manat mükafat “ziyana düşəcəkdi”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar