Daha bir Premyer Liqa təmsilçisi rayondan Bakıya köçür

12 May 2023 14:00 Turan 3 254
Daha bir Premyer Liqa təmsilçisi rayondan Bakıya köçür

«Qəbələ»dən sonra daha bir bölgə komandası Bakıda məskunlaşmaq barədə qərar qəbul edib.

Premyer Liqanın debütantı olan «Turan Tovuz» növbəti mövsümdən etibarən paytaxtda daha çox vaxt keçirəcək.

Rəqiblərin bir çoxu Bakını təmsil etdiyindən qərb klubu belə bir addım atmağı lazım bilib. Komanda Tovuzda 2-3 gündən artıq qalmayacaq və respublikanın bir nömrəli şəhərinin yolunu tutacaq.

Bu, eyni zamanda, legionerlərin istəyidir. Belə ki, «Turan»ın formasını geyinən əcnəbilər Tovuzda darıxdıqlarını, gündəlik həyatdan sıxıldıqlarını klub rəhbərliyinin diqqətinə çatdırıb.

Funksionerlər nəzərə alır ki, xarici oyunçular Tovuzun Bakıdan xeyli uzaqda yerləşməsini, cəbhə rayonu olmasını bəhanə gətirərək, çox vaxt «Turan»un təklifini qəbul etmirlər.

İndiyədək 10-dan artıq legioner bu səbəbdən dəvəti geri çevirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti