Rege üzr istədi, Abbasov necə, üzrxahlıq gözləməsinmi?

11 May 2023 15:00 Turan 1 193
Rege üzr istədi, Abbasov necə, üzrxahlıq gözləməsinmi?

İki həftə əvvələ kimi Tovuzda fərqli düşüncədə olanlar çox idi - Ayxan Abbasovun əleyhdarlarının sayı durmadan artırdı.

Stadionda «istefa» tələbi irəli sürənləri də gördük.

Liqada ardıcıl 7 tur qələbə qazana bilməmək baş məşqçinin özünü də kifayət qədər sıxırdı.

İndi isə situasiya yenidən və həm də kökündən dəyişib. «Zirə» ilə səfər, «Neftçi» ilə evdəki qalibiyyətlər ab-havanı Abbasovu arzuladığı istiqamətə götürüb.

Ən optimist Tovuz azarkeşi də yatıb yuxusunda görməzdi ki, «Turan» öz meydanında «Neftçi»yə 4 qol vurar. Lakin bu oldu və nə oldu!

Qonaqların baş məşqçisi Lorentsiu Regekampf Tovuzdan üzr istəyib ayrıldı. «Turan»a ən şirin röyanın həzzini gerçək həyatda dadızdıran Ayxan Abbasov nə istəyir bəs?

Yəqin ki, bir müddət əvvələdək stadionda əleyhinə şüarlar səsləndirən kəsimin çıxıb ondan üzrxahlıq eləməsini.

Əls fanat səviyyə, təcrübə və maddi cəhətdən dəyəri aşağı futbolçuların çoxluq təşkil etdiyi komanda ilə «Neftçi»yə «toy tutan», onu liqada saxlayan baş məşqçini o çətin günlərdə tək buraxıb getmədi.

Amma özünü «azarkeş» adlandıran bir qrup var ki, Ayxan Abbasovu sözün həqiqi mənasında incitdi.

Könlünü almaları lazımdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti