"Turan Tovuz"un müdafiəçiri Roderik Miller instaqram səhifəsində paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 33-cü turunun "Neftçi" ilə görüşündə Tovuz klubunun qollarından birinin müəllifi olan panamalı sosial şəbəkədə bunları yazıb:
"Allah heç kimə yalnış yuxu göstərmir. Gələcək üçün xəyal qurmağa və hər gün mübarizə aparmağa davam edirik. Qol vurduğuma və vacib qələbəyə görə Allaha şükürlər olsun".
31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.


