"Neftçi" ilə oyunda problem yaşayan panamalının halı necədir?

9 May 2023 09:00 Turan 877
"Neftçi" ilə oyunda problem yaşayan panamalının halı necədir?

"Turan Tovuz"un Premyer Liqanın 33-cü turunun "Neftçi" ilə matçında (4:0) zədələnən futbolçusu Roderik Millerin durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, qabırğasında olan ağrıya görə meydanı tərk edən panamalı müdafiəçi tibbi müayinədən keçib.

Müayidən sonra bəlli olub ki, 31 yaşlı futbolçunun durumu ciddi deyil.

Panama millisinin üzvü sabah istirahət edəcək. O, növbəti gün komanda ilə birlikdə məşqlərə qatılacaq.

"Turan Tovuz" Roderik Milleri mart ayında heyətinə qatıb. Təcrübəli oyunçu qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti