“Mövsüm qurtaran kimi stadionda yenidənqurma işlərinə başlanacaq“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un idman direktoru Nadir Nəbiyev deyib.
Yeni mövsümdən etibarən Tovuz şəhər stadionunda ev oyunlarını axşam saatlarında keçirmək mümkün olacaq.
Belə ki, “Turan Tovuz”un yeni sponsoru olan Ehtiram Quliyevun göstərişi ilə arenada işiqlandırma sisteminin yaradılması üçün ilk addım atılıb.
Projektorun dirək “ayaqlar”ı və digər texniki adavadanlıqlar artıq bazaya gətirilib.
Müasir standartlara cavab verən projektorun özü isə yaxın vaxtlarda burada olacaq. “Turan”ın himayədarı bu məqsədlə Türkiyə şirkəti ilə müqavilə imzalayıb.
N.Nəbiyev bildirib ki, stadionda görüləcək işlər yeni mövsümün startınadək davam edəcək. Bu müddətdə işıqlandırma sistemi ilə yanaşı, ehtiyat meydançanın salınması nəzərdə tutulur.

