”Hələ heç nə bitməyib, çempionatda qalmaq mübarizəmiz davam edir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un müdafiəçisi Xulu Siyanda deyib.
Sabah Premyer Liqada 33-cü turun növbəti görüşləri keçiriləcək. Tovuz klubu doğma meydanda «Neftçi» ilə qarşılaşacaq.
Ötən həftə Zirə səfərindən 3 xalla dönən qərb komandası «ağ-qaralar»dan ölkə kubokundakı məğlubiyyətin revanşını almaq istəyəcək.
Cənubi Afrika Respublikasından olan legioner qisas haqda danışmasa da, maraqlı bənzətmədən istifadə edib:
”Bu, iki hissəli tamaşanın birinci hissəsi idi. Qarşıdakı bizi daha çətin ikinci hissə gözləyir.
Komandamızda əhval-ruhiyyə yüksəkdir. Doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çalışacağıq ki, stadiondan razı getsinlər”.

