Yeni mövsümdən etibarən Tovuz şəhər stadionunda ev oyunlarını axşam saatlarında keçirmək mümkün olacaq.
Bununla bağlı bu rayonun azarkeşlərinə sevindirəcək xəbər vermək istəyirik.
Belə ki, “Turan Tovuz”un yeni sponsoru olan Ehtiram Quliyevun göstərişi ilə arenada işiqlandırma sisteminin yaradılması üçün ilk addım atılıb.
Projektorun dirək “ayaqlar”ı və digər texniki adavadanlıqlar artıq bazaya gətirilib.
Müasir standartlara cavab verən projektorun özü isə yaxın vaxtlarda burada olacaq. “Turan”ın himayədarı bu məqsədlə Türkiyə şirkəti ilə müqavilə imzalayıb.
SPORTİNFO.AZ

