«Məşqçilik bir az nankor peşədir».
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov və rayon azarkeşlərindən danışıb.
Bildirib ki, tovuzlu fanatların gənc çalışdırıcıdan gözləntiləri böyükdür. Ondan həm yaxşı nəticə, həm də gözəl futbol oynatmasını istəyirlər.
Abbasovun burada təzyiq altında çalışdığını qeyd edən ekspert deyib ki, «Turan» son vaxtlar qeyri-sabit çıxışıyla diqqət çəkir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

