Düz 1 ay sonra…

3 May 2023 15:00 Turan 972
Düz 1 ay sonra…

Premyer Liqanın 31-ci turunda "Sabah"la keçirilən matçda zədələnən "Turan Tovuz"un qapıçısı Tərlan Əhmədlinin durumuna aydınlıq gəlib.

48-ci dəqiqədə əzələsi dartılan və oyunu davam etdirə bilməyən kiper 1 ay müalicə krusu alacaq.

Müayinə nəticəsində ona qasıq nahiyəsinə yaxın hissədə əzələ dartınması diaqnozu qoyulub.

«Beş damar» adlanan həmin hissədə əzələ toxumalarının xəsarət alması müəyyənləşib. Əhmədli iyunun son ongünlüyündən etibarən kollektiv məşqlərə başlaya biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!