“Neftçi”yə qarşı oynamaq onsuz da çətindir.
Müdafiə olunursansa, işin bir az da çətinləşir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”ylə oyun barədə danışan “Turan Tovuz”un legioneri Xulu Siyanda deyib.
İlk oyunda 1:0 hesabı ilə qalib gələn qərb təmsilçisi matçın sonlarına qədər qolsuz bərabərliyi qorumağı bacarsa da, “ağ-qaralar” son dəqiqələrdə vurduğu 2 topla finala yüksələn tərəf oldu.
Cənubi Afrika millisinin üzvü məğlubiyyətin səbəbini böyük qüvvə ilə müdafiə olunmaqda və sona qədər tab gətirə bilməməkdə əlaqələndirib:
“Neftçi” oyunların əksərini A planı ilə oynayır deyə, hücum etməklə yanaşı, müdafiə olunmağı da yaxşı bacarır. Biz isə heç də hər dəfə bu cür müdafiə olunmuruq.
Sadəcə, kubok qarşılaşmasıydı deyə, mərhələ adlamaq üçün buna məcbur idik. Bu cür rəqiblə açıq futbol oynamaq böyük risk olardı.
Özümüz “Neftçi”ni təzyiqi artırmağa, böyük qüvvə ilə irəli atılmağa dəvət edirdik. Rəqib durmadan hücum edəndə isə səhvlər qaçılmaz olur.
İstənilən halda, bu, baş məşqçinin qərarıdır və buna hörmətlə yanaşmalıyıq.
Deməyim odur ki, rəqib hücumları qarşısında sona qədər tab gətirə bilmədik. Eybi yox, gələcək üçün yaxşı təcrübə oldu”.
HƏBİB

